“Avroviziya” qalibi Nigar Camal yeni fotoları ilə diqqət çəkib.
Şəkillərdə sənətçi zərif və cazibədar tərzini nümayiş etdirir. Ancaq izləyicilərin xüsusi diqqətini çəkən fotolara yazdığı emosional şərh olub: “Səni elə sevdim, qanadım yox uçmağa”, - deyə, o, bildirib. İzləyiciləri bu sözlərin sənətçinin şəxsi hisslərinə və ya yeni mahnısına işarə ola biləcəyini düşünür.
Camalın şəkillərini Eko Ağalarov ərsəyə gətirib.