Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Emin söykənə biləcəyim bir qayadır” - Anasından etiraf

“Emin söykənə biləcəyim bir qayadır” - Anasından etiraf

Xalq artisti və iş adamı Emin Ağalarovun anası İrina Ağalarova oğlu ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. 

OLAY yazır ki, sənətçi valideyninin rus mediasına verdiyi müsahibənin bir parçasını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

Müxbirin “Emin hələ də sizin üçün balaca uşaqdır? “ sualına İ. Ağalarova belə cavab verib: 

“Nə danışırsınız? Təbii ki, yox. Emin sakitcə söykənə biləcəyim bir qayadır. Ona görə çox xoşbəxtəm. Ona hər zaman uğurlu olduğunu, onunla fəxr etdiyimi və sevdiyimi deyirəm. Onun üçün xoşbəxtəm. Onun uğurlarına çox şadam”. 

Eminin anası “Onunla bağlı hansı arzularınız var? ” sualına belə mümasibət bildirib: 

“İstəyirəm ki, onun iki oğlu böyüsün və ona dayaq olsunlar. “Klan”ın necə olduğunu bilirsiniz? İstəyirəm ki, onlar arasında olan bu əlaqə bir “klan” kimi böyüsün. Bu yəgin ki, ən vacıb məsələdir”.