Türkiyəli müğənni Hadisə açıqlaması ilə gündəmə gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ideal kişi obrazı barədə danışıb:
"Hər mənada sadiq olmalıdır. Məsələn, bir yemək masasında səni narahat edəcək şəkildə qadına baxmamalıdır. Bir qadını bəyənmək başqadır. Bəzən mən də "Nə gözəl qadındır" deyirəm, amma tərəf müqabilini narahat edəcək şəkildə baxmamalıdır. Dəstəkləyən, səbrli, gülməli biri olmalıdır. Münasibət yaşadığım kişinin gülməli biri olması, ilham qaynağıdır. O, məni bəsləyir. Öhdəliklərinin fərqində olmalıdır".