Türkiyəli model, aparıcı Çağla Şikel geyimi ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, o, Xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl geyindiyi geyimin eynisini təkrarlayıb.
Pop kraliça qara qısa, üzəri gümüşü zincirlərlə bəzədilən libası bu ilin sentyabrında fotosessiyalarından birində istifadə edib.
Çağla isə həmin paltarın eynisini ötən gün qatıldığı tədbirlərdən birində geyinib.
Sözügedən libas türkiyəli modelyer Zeynep Tosuna məxsusdur.