Meksikaya köçən müğənni Britni Spirs paylaşımı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, müğənni bikinidə dəlicəsinə rəqs etdiyi, ayaq üstə güclə dura bildiyi, ombasına şillə vurduğu video yayımlayıb. Britni qəribə videonu tez silsə də, internet istifadəçiləri onu köçürüb və yayıb. Nəticədə sənətçi videoya açıqlama yaymalı olub.
"Rəqs videosunu sildim, çünki bir çox insan təhqirdolu sözlər dedi... Kədərimin nə qədər dərin olduğunu bilsəydilər, bunu etməzdilər. Oynamağım, əylənməyim bir möcüzədir. Telefonumda göstərmədiyim çox şey var. Amma insanların haqqımda pis söz yazması məni incidir" deyə, sənətçi paylaşımında yazıb.
Çəki alan Britni “Yemək məni altı yaşlı uşaq kimi sevindirir. Düzünü desəm, bu, seksdən daha həzvericidir" sözlərii əlavə edib