Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bəniz” bu dəfə məhkəmə zalında həbs olundu

“Bəniz” bu dəfə məhkəmə zalında həbs olundu

“Bəniz” kimi tanınan tiktoker Aybəniz Xəlilova haqqında yenidən həbs qərarı verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.

Prokurorun təqdimatı və zərərçəkmişin vəsatəti əsasında “Bəniz” barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, o, sevgilisini şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.

Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.