Müğənni Şəbnəm Tovuzlu bu gün Almaniyada baş tutmalı olan konsertini təxirə salıb.
Bu haqda danışan sənətçi bunu təyyarə qəzasında dünyasını dəyişənlərə hörmət əlaməti olaraq etdiyini bildirib:
"İlk növbədə bu qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara isə tez zamanda sağalmalarını arzu edirəm.
Yaşanan bu faciəvi hadisənin fonunda mən konsert verə bilməzdim. Özüm bu gün baş tutmalı olan konsertimi yanvar ayının 11-nə dəyişdim. Konsertin baş tutacağı məkanda biletlər tam satılıb. Bilet alan ailələr var, qrup halında gələn çoxsaylı insanlar var. Narahatdılar. Onları da anlayıram. Az pul ödəməyiblər. Demək istəyirəm ki, narahat olmayın. Həmin biletlərlə yanvar ayının 11-də baş tutacaq konsertimizə gələ bilərsiniz. Konsertimiz elə həmin məkanda baş tutacaq".