Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ağlaya-ağlaya toyu tərk etdi” ELGİZ PUL KƏSƏN MÜĞƏNNİDƏN DANIŞDI

“Ağlaya-ağlaya toyu tərk etdi” ELGİZ PUL KƏSƏN MÜĞƏNNİDƏN DANIŞDI

Aparıcı Elgiz Əkbər musiqiçilərin pulunu kəsən müğənniləri tənqid edib.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.

"Toydan sonra dava düşmüşdü. Zərb alətlərindən birində ifa edən qadın musiqiçi məkanda əllərini göyə qaldırıb solistə dedi ki, sənə haqqımı halal etmirəm, Allah sənin bərəkətini qaçırsın və canından çəkəsən. Bunları deyib ağlaya-ağlaya da evinə getdi. Musiqçinin adını çəkməyəcəyəm. Az bir müddət keçəndən sonra həmin solist xəstəliyə düşdü və dünyasını dəyişdi. Haramçılıq pis şeydir. O, nağara ifaçısı qıza verilən pulu onun əlindən almışdı. Müğənnilərə üzümü tuturam ki, musiqiçilərə verilən pulu onun əlindən almaq olmaz" deyə, Elgiz bildirib