Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Orqanizm yaşama qabiliyyətini itirib” - Ailəsi Azəri evə aparır

“Orqanizm yaşama qabiliyyətini itirib” - Ailəsi Azəri evə aparır

Bir neçə gündür süni tənəffüs aparatına qoşulan aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib:

“Poliorqan çatışmazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır”.

Qeyd edək ki, A.Baxşəliyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir.