Xalq artisti Naibə Allahverdiyeva gənclərə səslənib.
Axşam.az xəbər verir ki, aktrisa "Gün ortası" verilişində indi gənclərin ancaq müğənni olmaq istədiyini deyib:
"Zamanında müğənnilər evlərini, maşınlarını nümayiş etdirdi. Verilişdə yalandan güllər, maşın açarları gəldi. Bunu görən gənclər deyir ki, niyə əziyyət çəkim, oxuyum, təhsil alım? Gedim fonoqramla oxuyum, bu zəngliyə sahib olub. Təməlini şou-biznes qoydu. Bunun sonu faciə ilə bitir. Gedin elmlə məşğul olun, mütaliə edin".