Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Azər əməliyyatından könüllü imtina edib” - RƏSMİ AÇIQLAMA

“Azər əməliyyatından könüllü imtina edib” - RƏSMİ AÇIQLAMA

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi iki gün əvvəl vəfat edən aktyor Azər Baxşəliyevin mərkəzdən imtina alması ilə bağlı məsələyə aydınlıq gətirib. 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Mərkəzdən bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb:

“2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.