Güclü vokal imkanları ilə seçilən müğənni Çinarə Məlikzadə bu dəfə stil dəyişikliyi ilə göz oxşayıb.
Hər zaman qıvrım saçları ilə tanınan məşhur ifaçı ilk dəfə təbii qırvım saçlarını düzləşdirərək fərqli fotosessiya etdirib.
Çinarə tamaşaçılarının görməyə alışmadığı düz saç modeli, fərqli aksesuarlar və daş-qaşlı görüntüləri ilə təəccübləndirib. İfaçının yeni görünüşü və fotosessiyasını “2025-ə Cəsarətli Addımlarla Gəlirəm” mesajı ilə sosial media hesabında paylaşıb.