Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Zəngəzur yallısı” adlı yeni layihə üzərində çalışır.
Axşam.az xəbər verir ki, sənətçi layihə üçün Natiq ritm qrupu, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, türkiyəli klarnet ifaçıları Serkan Çağrı, Hüsni Şenlendirici və Bülent Altınbaşla bir araya gəlib.
“Zəngəzur yallısı”nın hazırlığı ilə bağlı artıq ilkin mərhələ sona çatıb.
Azərbaycan və Türkiyə musiqiçilərinin birlikdə çalışdığı layihə tezliklə təqdim olunacaq.