Aktrisa Pərvin Abıyeva AZAL hava yollarından şikayət edib.
Sənətçi bununla bağlı videoaçıqlama yayıb. O bildirib ki, İstanbuldan qayıdarkən təyyarə dumanlı hava şəraitinə görə Bakıda yox, Gəncədə eniş edib:
"22:25 İstanbul-Bakı reysində təyyarəmiz hava şəraitinə görə Gəncədə endiriblər. Bu, normaldır. Amma Heydər Əliyev adına Hava Limanına bizdən sonra 6 təyyarə enir. Bəlkə də 100 nəfərdən çox insan Gəncə hava limanında bu cür şəraitdə 6 saatdan çoxdur oturub gözləyirik. İçərisində xəstəsi, əməliyyatdan yeni çıxanı var. Bizə bir məlumat verən yoxdur. AZAL-ın heç bir nümayəndəsi yaxınlaşmır. Zəng edirik, səbəb, problemin həllini soruşuruq cavab verən yoxdur. Hava limanında vəziyyət acınacaqlıdır, bir kafe, kofe yeri yoxdur. İşçi qüvvəsi yoxdur, sadəcə iki şəxs var ki, bizə yardım etdi. Başqa da heç bir yetkili bizimlə maraqlanmır, heç nə deyilmir. Bu, birinci yox, neçənci problemdir: baqajla, xidmətlə, xidməti işçilərin sərnişinlərlə danışıq tərzi ilə bağlı dəfələrlə problem yaşamışıq. Bu cür problemlər aradan qalxsın. Bu qədər əziyyət olmaz. Vəziyyət bərbatdır".
Pərvin bildirib ki, ötən gecədən hava limanında qalıblar və hələ də onlara yardım edən yoxdur:
"AZAL son zamanlar dövrünün ən aşağı səviyyədə xidmətini göstərir. Saat səhər 09:28-di hələ də gözləyirik. Məlumat, kömək yoxdur. Yazırlar ki, hava limanına məcburi endirilən insanlar hər şeylə təmin olunacaq, kömək göstəriləcək. Allahın bir stəkan çayını verən yoxdur. Gecədən ayaqüstə gözləyirik. Hanı yardım?".