“Tanınmış simalara qarşı aqressiya var. Hansısa tanınan sima sənətçilərdən kiminsə yeni təqdim etdiyi işə “uğurlu olsun”, “bəyəndim”, “xeyirli olsun” yazmağa peşman olur. Dərhal bəzi sosial şəbəkə istifadəçiləri tökülüşür şərhə ki, yaltaqlıq edirsiz”.
Bu açıqlamanı “Xəbərin var?” verilişinin aparıcısı İsa Şükürov canlı yayımda bildirib. O, əlavə edib ki, hətta bəziləri tanınan simaları təhqir də edir:
“Təhqirə isə özü kimi cavab verəndə də, deyirlər ki, sən televiziyaya çıxırsan. Ayıb olsun. Söyüş söyürsən”.