Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Başınızı soxduğunuz qumun içindən çıxardın" Elnarə əsəbləşdi FOTOLAR

"Başınızı soxduğunuz qumun içindən çıxardın" Elnarə əsəbləşdi FOTOLAR “Nə olar axı arada başınızı soxduğunuz qumun içindən çıxarıb ətrafa, dünyaya da nəzər salın da. Sizə dəb və zövq dərsi keçməkdən yoruldum. Bu andıra qalmış zövq məsələsi fərqlidir. Bunu birdəfəlik məntiqsiz beyinlərinizə salın!” SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. 4 uşaq anası olan ifaçı onun rəngbərəng geyim tərzini tənqid edənlərə kəskin cavab verib. Dünyanın tanınmış lüks brendi "Dolce & Gabbana"nın yaz-yay kolleksiyanın fotolarını paylaşan ulduz bildirib ki, bu fikirləri dəbdən və dünyadan bixəbər olanlara aid edib: “Hazırsınız? Zövq dərsi başladı. Təbii ki, fikirlərim hər kəsə aid deyil. Yazdıqlarım dünyadan bixəbər olanlara və qaradan çıxa bilməyənlərədir. Öz kompleksləriylə mübarizəni uduzub günahı başqalarında axtaranlar, ey zövq ilahələri, şəkillərə baxın və öyrənin. Bilin və agah olun. Yaxşı ki, sizin zövqünüzdə biri deyiləm. Yoxsa özümdən zəhləm gedərdi. Əmin olun ki, sizin kimi heç vaxt geyinməyəcəm. Və məni sizdən fərqləndirən tək cəhət bu deyil. Sizdən fərqli olaraq sizi öyrədirəm”. Publika.az