Estrada ulduzu Ayan Babakişiyeva kreativ layihəsi ilə diqqəti üzərinə çəkməyi bacarıb.
Hər zaman fərqli işlər görən Ayan bu dəfə də ənənəsinə sadiq qalıb. 3 fərqli obrazda fotoqraf Eresmoon'un (Röyal Səfərov) obyektivi önünə keçən ulduzun stili üzərində Prens Camal çalışıb. Sənətçinin vizajı və art make-up işlərini Səbinə İmanova edib.
A. Babakişiyevanın ilk dəfə olaraq açıq-saçıq formada fotosessiyası diqqətdən yayınmayıb.
Müğənnidən fotosessiya ilə bağlı açıqlama almağa cəhd etsək də, o, bu haqda açıqlama vermək istəmədiyini bildirdi.
Əldə etdiyimiz məlumata görə, Ayan həmçinin səs-küy yaradacaq klipini də bir neçə gün sonra təqdim edəcək.