
Müğənni Nərmin Kərimbəyovanın doğum günü münasibətilə yeni fotosessiya etdirib.
Sənətçinin fotolarda illər öncə keçirdiyi əməliyyatından qalan çapıq izlərini də nümayiş etdirməsi diqqət çəkib.
“40 yaşında özümə deyəcəyim budur: Özünə qarşı mərhəmətli ol. Sənin bir canın, bir ruhun, bir bədənin var”, - deyə Kərimbəyova fotonu şərh edib.
Xatırladaq ki, N.Kərimbəyova 2022-ci ilin may ayında qardaşına donor olub və ona qaraciyərinin bir hissəsini verib.
Yanvarın 24-də N.Kərimbəyovanın 40 illik yubileyidir.
Müğənninin yeni fotosessiyasını təqdim edirik:












