"Qremmi" mükafatına namizəd amerikalı müğənni Tayla Parks öz həmcinsi, rəqqasə rəfiqəsi Şirlin Kuiqli ilə nişanlanıb.
Bu barədə Kuiqli İnstaqram hesabında birgə fotolarını paylaşaraq məlumat verib:
"Görüşümüzün ilk həftəsindən mən bilirdim ki, sən mənim həyatımda əbədi qalacaqsan. Tayla Parks, sən əbədi olaraq mənimsən. Mən səni sevirəm və dostluğumuza, sevgimizə, gələcəyimizə görə minnətdaram".