Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kişilər, evlilik təklifi edərkən diz çökməyin"

"Kişilər, evlilik təklifi edərkən diz çökməyin"

"Mən arzulayıram ki, bütün Azərbaycan gəncləri biri-birinə özləri evlilik təklifi etsinlər. Ana deməsin ki, bacımın qızını oğluma alım. El arasında belə ifadə var: filan maşın xalaqızı kimidir, boşamaq olmur. Çox pis bir nümunədir, belə olmasın. İstəyirəm ki, gənclərimiz özləri sevsinlər, görüşsünlər, ailə qursunlar".

Bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, qohum evliliklərinə qarşı olduğunu bildirib:

"Ana və ata düşünməsin ki, bacımın oğlu və ya qızı var. Övladım onunla ailə qursun. Sonra da düşürlər xəstəxanaya ki, nəvəm, nəticəm xəstədir. Çünki dəfələrlə deyirllər ki, qohum evlilikləri xəstəliklərə gətirib çıxarır. Mən heç kimin işinə müdaxilə edə bilmərəm, subyektiv fikrimdir. Bəzən nə qızdan, nə də oğlandan evlilik barədə soruşurlar. Ata və ya ana dedisə, vəssəlam. Arzu edirəm ki, sevən cütlüklər birinci biri-birinə razılıq versin, sonra valideynlər o xeyir işin dalınca getsinlər.

Amma kişilər, evlilik təklifi edərkən diz çökməyin. Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər Mən qadın olaraq istəmərəm ki, kişi qarşımda diz çöksün. Heç vaxt da buna imkan vermərəm".