Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
Aktrisanın müğənni qızı Nigar Tofiqızı Axşam.az-a açıqlamasında sənətçinin son durumu ilə bağlı məlumat verib: O bildirib ki, anası hazırda reanimasiyadadır:
"Günorta evdə oturduğu yerdə insult keçirtdi. Hazırda reanimasiyada həkim nəzarətindədir. Həkimlər yaxşı olacağını deyirlər".
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.