Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İnsult keçirən Xalq artistinin səhhəti necədir?

İnsult keçirən Xalq artistinin səhhəti necədir?

Xalq artisti Fatma Mahmudova bir neçə gün əvvəl insult keçirib və klinikaya yerləşdirilib.

Aktrisanın müğənni qızı Nigar Tofiqızı Axşam.az-a açıqlamasında anasının səhhətindən danışıb. O bildirib ki, aktrisa hazırda xəstəxanadadır və həkim nəzarətindədir:

"Səhhəti yaxşıdır, daha da yaxşı olacaq. Həkimlər əllərindən gələni edirlər. Oturduğumuz yerdə anamın vəziyyəti pisləşdi. Bir dəfə də bunu yaşamışdıq, elə bil həmin hadisə təkrarlandı.

Çox saxta xəbər yazırlar, niyə belə edirlər bilmirəm. Gah yazdılar aparatdan ayrıldı, gah da nəsə... Etməyin, anam yaxşıdır".

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.