Əməkdar artist Vasif Məhərrəmlinin xaşla bağlı fikirləri tənqid olunub.
Axşam.az xəbər verir ki, "Günə bax" verilişində qonaq olan müğənni xaşın hambal yeməyi olduğunu deyib.
"Xaş hambal yeməyidir. Əsrin əvvəlində İrandan bura olan axında əziyyət çəkən hamballar olub. Heyvanın baş-ayağını atırmışlar. Hansısa bir hambal götürür onu bişirir və nəticədə xaş olur" deyə, V.Məhərrəmli deyib.
Onun bu sözləri sosial şəbəkədə tənqid edilib.