Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qumralın sözləri Səmranın xoşuna gəlmədi - QALMAQAL

Qumralın sözləri Səmranın xoşuna gəlmədi - QALMAQAL

“Miss Azerbaijan – 2019” Səmra Hüseynova müğənni Qumral Musayevanın “El canlı” verilişində söylədiyi “Səmranın yerində olsaydım, onun kimi cəsarətli şəkillər heç zaman çəkdirməzdim. O cür soyunmaq Azərbaycan qadınına yaraşmır” sözlərinə sərt şəkildə cavab verib.

Bununla bağlı podium ulduzu instaqram səhifəsində videoaçıqlama yayımlayıb.

“Birincisi sən Qumral mənim yerimdə ola bilməzsən. Çünki sənin nə boyun, nə də “XL” bədən ölçün buna icazə verir. İkincisi, bir şey olmamış həmin an dərhal yada “milli mentalitet” kimi məsələləri ön plana çıxarırsınız və bunun altına sığınırsınız. Üçüncüsü, bəs Azərbaycan qadınına yaraşır mı, sinəsini və arxa nahiyyəsini böyütmək? Buna sənin həyat yoldaşın necə icazə verir ki, sən bu komplekslərin yəni bədənin də artıq yağların və selülitlərin ola-ola göbəyin açıq çəkilişlər edirsən? Canlı yayımda həyat yoldaşının qucağında oturursan, rəqs edirsən. Bəs, bunlar necə Azərbaycan qadınına yaraşır? Bir evlilik həyatını göz önünə çıxarmısan və bunu dəstəkləyirsən. Mənim üçün bu həyatda hər şey normaldır. Amma sən elə böyük danışırsan ki, dediyinlə əməlin üs-üstə gəlmir”, - deyə, Səmra vurğulayıb.