
Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətə azadlıqdan məhrum ediliblər.
Aktrisa Zümrüd Qasımova məhkəmənin qərarından sonra modelyer rəfiqəsinin sevinc göz yaşlarını sosial şəbəkədə paylaşıb. O, paylaşıma bunları yazıb:
"Mənim ürəyim, dostum, haqq-ədalət yerini tapdı. Kamran müəllimin yeri cənnət olsun. Qatillər isə hər gün öləcəklər, 19 il… Sən atanın qızı yox, oğlusan. Canım dostum, səninlə qürur duyuram".