Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röyadan Sevgililər günü bütün sevənlərə sürpriz - ELƏ BİLMƏ - FOTOLAR

Röyadan Sevgililər günü bütün sevənlərə sürpriz - ELƏ BİLMƏ - FOTOLAR

Sevgi nəğmələrinin təkrarolunmaz ifaçısı, Xalq artisti Röya Ayxan 14 Fevral - “Sevgililər Günü” ndə sevib-sevilənlərə yeni sürpriz edib. 

Bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən,  pop - kraliçanın “Elə bilmə” adlı yeni mahnısı və klipi məhz “Sevgililər Günü”  sevənlərinin ixtiyarına verilib. 

Hər kəlməsi sevənlərin ürəyini riqqətə gətirən mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. 

Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb. 

Yeni mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.