
Xalq artisti Aygün Kazımova daha bir rekorda imza atıb.
Axşam.az xəbər verir ki, Pop kraliçanın düz 10 mahnısı eyni anda "Apple Music"də sıralarda yer alıb.
Kazımovanın "Can ol"u 5, yeni işıq üzü görən "Əlcək" isə 8-ci sıradadır. Siyahıda "S.O,S", "Bilmək olmaz", "Vəfasızlar", "Qorxuram", "1", "Parol", "Yenə tək", "Bağlanıram" da yer alıb.
Qeyd edək ki, müğənninin bir neçə gün əvvəl yayımlanan "Əlcək" mahnısı yutubda 1,4 milyondan çox izlənilib.