
Türkiyəli müğənni Hadisə “O Səs Türkiyə”nin münsiflər kürsüsündə əyləşəcəyi xəbəri ilə gündəmə gələn həmkarı və keçmiş sevgilisiSinan Akçıla mane olub.
“Qafqazinfo” “Kelebek”ə istinadən xəbər verir ki, iddiaya görə, Sinan 3 ildən sonra ekranlara qayıdan verilişlə uzun müddət danışıqlar aparıb və nəticədə komandaya qoşulub.
Lakin Sinan Akçılsız yayıma başlayan proqramda münsiflər kürsüsündə Melike Şahin, Gökhan Özoğuz, Beyazıt Öztürk və Hadisə əyləşib.
Məlumata görə, Hadisə yarışma başlamazdan əvvəl Acun Ilıcalıya zəng edərək bu il münsiflər heyətinə qayıtmaq istədiyini bildirib. Tərəflər arasında razılıq əldə olunub. Ancaq Hadisənin bir şərti olub - Sinan Akçıl heyətdə olmamalıdır.
Akçılın layihədən kənarlaşdırılmasından sonra müğənni “O Səs Türkiyə”yə qayıdıb.
Digər tərəfdən isə proqram Hadisə ilə Melike Şahin arasındakı münaqişə ilə də gündəmə gəlib.
Belə ki, “O Səs Türkiyə”nin ikinci bölümündə Hadisə bəyəndiyi iştirakçını komandasına qatmaq üçün “Təcrübəmə güvənirəm”,- deyib. Hadisədən sonra danışan Melike Şahin isə “Hadisə kimi təcrübəmə inanmıram. Yeni olmağıma güvənirəm, əzizim”, - deyə, söyləyib.
Onların dialoqu sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
