Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zaur ilə Hüseynin canlı efirdəki davası şou imiş…

Aparıcı Zaur Kamal illər əvvəl “Həmin Zaur” verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə arasında yaşanan mübahisənin ssenari olduğunu etiraf edib.
Zaur ilə Hüseynin canlı efirdəki davası şou imiş…

Axşam.az xəbər verir ki, bu barədə o, öz proqramında məlumat verib:

"Bir gün Hüseynin toyu var idi. "Həmin Zaur"da efirdən getməli idi. Bizim ssenaristimiz Fariz Əliyev dedi ki, Hüseynlə aranı qızışdır, dalaşsın və efiri tərk etsin. Mən də razılaşdım ki, Hüseyn toya getsin. Yalandan bir söz dedim, klarnetini yığıb getdi. Səhəri gün məni kim görürdüsə, söyürdü.  O hadisədən sonra Hüseyn məni bir mövsüm idarə edib. Bütün musiqiçilərin pulunu öz cibindən verib. Amma Hüseynə ürək də qurbandır. Qəlbi təmiz insandır. Hər yerdə demişəm ki, mənə bir mövsüm kömək edib".