
Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində "Mamagama" qrupu təmsil edəcək.
Yarışmada səslənəcək mahnı təqdim olunub. Mahnı "Run With U" adlanır.
Klipdə diqqət çəkən məqam əvvəlki "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alması olub.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.