
Bu gün Xalq artisti Arif Babayevin ad günüdür.
Xalq artisti Nəzakət Teymurova xanəndəni bu münasibətlə təbrik edib.
"Dəyərli ustadım, ad günüzü təbrik edirəm. Allah sizə ömür versin. Siz Azərbaycan muğam sənətinin inkişafında, qorunmasında, təbliğində çox işlər gördünüz. Bir tələbə ordusu yaratdınız. Hər zaman bizə nümunə oldunuz, nə oxudunuzsa öz imzanızı qoydunuz. Oxuduqlarınız bir dərslik oldu. Allah sizə nə qədər ömür veribsə, sağlam yaşayın. Siz Azərbaycan muğam ifaçılığının işıq saçan sənətkarısınız, var olun" deyə, N.Teymurova A.babayevlə fotolarına yazıb.