Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Su gəlmir, işıq yoxdur, dərdimizi kimə deməliyik?" - Nura Suri

"Su gəlmir, işıq yoxdur, dərdimizi kimə deməliyik?" - Nura Suri

Müğənni Nura Suri qarlı hava səbəbindən yaranan problemlərdən şikayətlənib.

Bu barədə ifaçı sosial media hesabında yazıb. O, yaşadıqları binada işıq və suyun olmadığını, liftin isə işləmədiyini vurğulayıb:

"Xətai rayonu, Babək prospektində işıq kəsilib. Nəticədə 18 mərtəbəli binalarda liftlər işləmir, su gəlmir, işıq yoxdur. Bütün bunlar qarlı, soyuq havada baş verir. Gündə kommunal qiymətləri artırırsınız, amma yaxşı xidmət göstərmirsiniz. Biz dərdimizi kimə deməliyik?".