Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dilan Polat boşanır: "Yaşamaq həvəsim qalmayıb"

Dilan Polat boşanır: "Yaşamaq həvəsim qalmayıb"

Türkiyənin başı qalmaqaldan açılmayan sosial media fenomeni Dilan Polat boşanmaq qərarına gəlib.

Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

D.Polat əri Engin Polatdan ayrılmaq qərarına da aydınlıq gətirib:

"Biz birlikdə zərər və ziyan görürük. Mən fərqində olmadan xoş niyyətim ilə zərər verirəm. Hamıdan və hər şeydən uzaqlaşmaq istəyirəm. Yaşamaq həvəsim qalmayıb. Ərimdən ayrılmaq qərarına gəldim".