Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"İlhamə sağ olsaydı, musiqidəki "qanqal"ları təmizləyərdi"

"İlhamə sağ olsaydı, musiqidəki "qanqal"ları təmizləyərdi"

"Kaş, İlhamə Quliyeva sağ olardı. İndi musiqi mədəniyyətimizdəki yaranan "qanqal"ları təmizləmək üçün onun bir sözü yetərdi".

Ax.am.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Xəzər axşamı" verilişində deyib. Müğənni son vaxtlar yaranan bəzi bayağı mahnılardan gileylənib.

F.İbadova bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyeva sağ olsaydı, bu gün belə mahnılar gündəmə gəlməzdi:

"Deyərdi ki, özünüzü yığışdırın. Bu musiqiləri musiqi adlandırıb onu zədələməyin. Özü şedevr mahnıların ifaçısı idi".