
“Hərbi xidmətdə olanda arzum idi ki, nə vaxtsa doğma Qarabağ torpaqlarında səhnə alım. Qalib Azərbaycanımızın səsi olum. Mən orada ifa edəcəyim mahnımı bütün şəhidlərimizə ithaf etmək istəyirəm. İnşallah, Allah mənə o günü qismət edər”.
Bu açıqlamanı müğənni Zaur Kərimli edib.
Mədəniyyət və İncəsənət İnstitutunun məzunu olaraq peşəkar səhnə təhsili alan və bu sahədə öz yolunu formalaşdıran Zaur deyir ki, Qarabağda çıxış etməkdən böyük arzusu olmayıb:
“Mən inanıram, bu, gec və ya tez reallaşacaq. Qarabağ bizim qürurumuzdur. Xidmət illərində hərbçilərin müxtəlif arzuları olur və zamanla dəyişir. Mənim illərdir dəyişilməz arzum Qarabağımızda konsert səhnəsində çıxış etməyimdir”.