Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam“ - Xuraman Əlizadə

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam“ - Xuraman Əlizadə

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram".

Bu sözləri aktrisa Xuraman Əlizadə "Tam səmimi" verilişində deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib:

"Allah hamının yolunu açıq eləsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb. Ayrılanda da insan elə ayrılmalıdır ki, xoş münasibət olsun, dost kimi. Çünki mən onun ailəsi, övladının anası olmuşam. Düzdür, o pis insan deyil. Amma ola bilər də insandır, fikri harasa yönələ bilər. Allah onu məndən də xoşbəxt etsin, başı özünə qarışsın. Bəzi şeylər baş verdi, dözə bilmədim. Əslində çox şey danışa bilərəm, amma efirdir".