Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

1 badə kokteylə 70 min manat ödəyib HƏRRACIN QALİBİ OLDU

1 badə kokteylə 70 min manat ödəyib HƏRRACIN QALİBİ OLDU

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Dubayda hərraca qatılıb.

Axşam.az xəbər verir ki, getdiyi restoranlardan birində spirtli içkilərdən hazırlanan bir badə kokteyl hərraca çıxarılıb. 

Diana isə ona ən çox məbləğ deyən qonaq olub. O, dünyanın ən dəbdəbəli kokteylinə 37 500 avro (təxminən 70 012 manat) ödəyib. Kokteyl 1937, 1950 və 1930-cu illərə aid olan içkilərdən hazırlanıb.

Qeyd edək ki, Diana iran əsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var.