
Azərbaycanda tibb, xüsusilə də kosmetologiya sahəsində uzun zamandır səbirsizliklə gözlənilən mühüm tədbir bu ay gerçəkləşəcək.
Belə ki, dermatologiya sahəsində dünya miqyasında tanınan iki aparıcı mütəxəssis – Dr. Nabila Azib və Dr. Gisella Griello, “International Cadaver Azerbaijan” və “Teoxane Distributor Azerbaijan”ın birgə əməkdaşlığı çərçivəsində 9-10 aprel tarixlərində keçiriləcək eksklüziv kadavr kurslarında iştirak edəcəklər.
Tədbirdə, həmçinin bu sahədə beynəlxalq nüfuza sahib olan Dr. Kirdar Güney, Dr. Sami Alissa və Dr. Nərgiz Əhmədova da öz təcrübələrini bölüşəcəklər.
Bakı Sağlamlıq Mərkəzində baş tutacaq bu xüsusi kursda iştirakçılar ən son texnikalar, canlı praktika və qlobal təcrübələrlə yaxından tanış olmaq imkanı qazanacaqlar.