Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Röya Ayxandan göz qamaşdıran klip - VERDİM GETDİ - VİDEO

Röya Ayxandan göz qamaşdıran klip - VERDİM GETDİ - VİDEO

Xalq artisti Röya Ayxan yeni layihəsini təqdim edib.

Sənətçi sözləri Həsən Babayevə, musiqisi Tərlan Məmmədhüseynova məxsus “Verdim getdi” adlı yeni sinqlını sevənlərin ixtiyarına verib. 

Bəstənin aranjimanı və miksi üzərində Tərlan Məmmədhüseynov çalışıb. 

Xalq artisti bu nəğməsinə, Türkiyədə ekran həyatı verib. 

“Verdim getdi” mahnısına klipi məşhur türk sənətçilərinin klipmeykeri Ramazan Arslankaya çəkib.

Sənətçi bu klipində 6 fərqli obrazı canlandırıb. Məşhur modellərin xüsusi olaraq Röya Ayxan üçün hazırladığı ekstravaqant üslubda geyimləri ekran işinə xüsusi rəng qatıb. 

Klip üzərində rəssam, stilist və xoreoqraf çalışıb. 

Ekran işində Röya Ayxanı Türkiyənin məşhur pop sənətçisi Hadisənin rəqqas qrupu müşayət edib. 

Sözügedən layihə üzərində proses 2 ay müddətinə yekunlaşıb.