Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“S.O.S” dünyada ən çox axtarılan mahnılar sırasındadır

“S.O.S” dünyada ən çox axtarılan mahnılar sırasındadır

Xalq artisti Aygün Kazımovanın hit olan "S.O.S" mahnısı növbəti uğura imza atıb.   

Pop kraliçanın məşhur ifası "Shazam" axtarış tətbiqində ən çox axtarılanlar siyahısında yer alıb. 

Belə ki, "S.O.S" 16 ölkədə ən çox axtarılanlar siyahısına düşüb.

Onlar arasında Almaniya, Çexiya, Finlandiya, Niderland, Danimarka, Sinqapur, Ukrayna, Norveç kimi ölkələr yer alıb.   

Qeyd edək ki, Mahnı təqdim olunduğu gündən indiyənə kimi Azərbaycanın “Azerbaijan Apple Music” çartında birinci pillədə olub. Yutubda baxış sayı 40 milyonu keçən bəstə həftələrlə birinciliyi əldən verməyib. İfa TikTok-da da trendə düşüb, bəstəyə yüz minlərlə video çəkilib. Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.