
Müğənni Nicat Niko yeni iş birliyi üçün İstanbula səfər edib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi türk bıstəkarından bir neçə mahnı alıb. Bu haqda müğənni qısa açıqlama verib:
"Bir çox tanınmış müğənnilərə mahnı yazan bəstəkardır. Sibel Can, Ebru Gündeş, Mustafa Sandal və s. müğənnilər onun mahnılarını oxuyub. İndidən açıqlamaq istəmirəm. Əminəm bu mahnı böyük uğur qazanacaq".
Nicat Niko türk şou biznesinə qatılmaq niyyətində olmadığını açıqlayıb.
