
Ötən gün Türkiyənin məşhur müğənnisi, meqastar Tarkanın anası Neşe Tevetoğlu infarktdan vəfat edib.
“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, bu gün müğənninin anası ilə vida mərasimi keçirilib.
Mərasimdə sakitliyini qorumağa çalışan Tarkan cənazə maşınına mindiyi an göz yaşlarına boğulub.
Tanınmış müğənni Zerrin Özer də daxil olmaqla, dostları Tarkanı çətin günündə tək qoymayıb.