Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Sənətiniz yoxdur, heç olmasa ləyaqətiniz olsun”

“Sənətiniz yoxdur, heç olmasa ləyaqətiniz olsun”

“Müğənniliyi asanlaşdırıb, bu sənəti çox cılızlaşdırdılar. Sənəti olmayanlara pul qazandırdılar. Nazilə Səfərli yaxşı deyib “Pulu ola zövqsüzlər sənəti olmayanlara dəstək olurlar və bəyənmədikləri halda öz ailələrinin içinə gətirirlər”. Bəli, bədbəxtliyimiz artıq buradadır. Biz barmaq sayılacaq qədər sənətkarlarımızı qoruyub, saxlamalıyıq ki, bu sənət batmasın”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Gün ortası” verilişində deyib.

Şabanova sənəti olmayıb, meydan sulayan və sənətkarlara qarşı hörmətsizlik edən ifaçıları sərt şəkildə tənqid edib:

“Bir insanın mədəniyyəti yoxdursa harada o yetişibsə qoyun orada da qalsın. Onlar nə geyimini, nə özlərini aparmağı, nə düzgün danışmağı bilirlər. Sənətkarlara dil uzadan kim, özü heç kim olmaya-olmaya sənətkar haqqında fikir bildirən kim, səsi olmaya-olmaya meydan oxuyanlar kim... Özləridə bilmirlər ki, sənətə niyə gəliblər. Bir insanın, mədəniyyəti, mənəviyyatı yoxdusa və zamanında təhsil alardı, zamanında yeri artıq bəlli ola-ola müyyən yerə gəlib çıxardı. Haradansa, küncdən-bucaqdan bədəni, ləyaqətsiz geyimi, danışıqları ilə sosial şəbəkələrdə yer qazanıb özünü kimsə hesab etməzdi”.

Sənətçi bildirib ki, pul qazanmaq üçün o da məcburiyyətdən bayağı ifaçıların mahnılarını ifa edir:

“Bizdə pul qazanırıq və pul qazandığımız üçün birdə görürsən ki, istəmədiyimiz mahnını oxumaq məcburiyyətində qalırıq. O mahnın istəmirik amma məcbur oxuyuruq. Niyə oxuyuruq? Mən o mahnıları gözəl oxuyuram çünki onu oxuyandan fərqlənirəm. O səs və savad ona imkan verir ki, ən pis mahnını mən gözəl şəkildə ortalığa çıxarıram. Heç sözün musiqiyə adiyyatı olmayan mahnı var ki, bəzən heç mövzu yoxdur mahnıda məcburam onu oxuyuram və oradan pul qazanıram. Amma elə bir mahnı var ki, pul verilmir, nə verilir, verilsin, qarşıma brilliantlar düzülsün, dünyanı versinlər mən onu oxumaram. Pulla alınmalı olunan ədəbli və ədəbsiz, ağıllı adam başa düşəcək mən nə deyirəm. Pulla alınması mümkün olan o qədər kimlərsə və nələrsə var... Əgər sən şəxsiyyətinə hörmət etmirsənsə pulla alınan nə gəldi varsa onu pulla alırsansa demək problem sənin özündədir. Heç olmasa bir damcı nəsə olsun. Bir damcı ləyaqətiniz olsun. Ən gözəli insaniyyəti olmasın, bir sənət göstərsin, gəlsin burada qaraqabaq otursun nəyinki ədəbsiz bədən görünüşü, geyimi, ağzının danışığını bilməyən sözlərlə ona qulaq asım və deyim ki, ay Allah nə yaxşı mənə reytinq qazandırır”.