Məşhur prodüser və aparıcı Tarix Əliyev (Tolik) "Fəlidən doğru xəbər" layihəsinin növbəti qonağı olub.
SHOWNEWS.AZ xəbər verir ki, Tolik proqramda şou biznesin indiki dövründən danışıb:
"Bir çox ifaçılar istəyir ki, onların yaradıcılığında mənim imzam olsun. Amma hazırda şou-biznes yoxdur. Dəfn ediblər, ağlayanı yoxdur".
Prodüser məzəli cavabları ilə də diqqət çəkib:
"Şou-biznesdə toyuq və xoruzlar çoxdur. Bəzi sənətçilər bir az xoruzlanan kimi hasarın o biri tərəfindən baxıb, susdururam. Onu da qeyd edim ki, şou-biznes camisində ildə 2-dəfə və hər gün yumurtlayan toyuqlar var. Yəni müğənnilərin bəziləri bir ildə 2 dəfə, digərləri isə hər həftə yeni layihələrini təqdim edirlər. Mən çox işləyən sənətçilərə məhsuldar toyuqlar deyirəm və onları dəstəkləyirəm".
Tolik bəzi həmkarlarına söz atmaqdan da çəkinməyib:
"Prodüser olmaq üçün zirək olmalısan, yaxşı əlaqələrin olmalıdır. Prodüser hansısa müğənninin sponsoru ilə oturmamalıdır. Eyni zamanda ona "ata" deməməlidir".
Aparıcı futbola olan marağından da söz açıb:
"Futbola o qədər də marağım yoxdur. Futbolçu olmaq istəmirəm. Amma şou-biznesdə futbolçuyam. Pası mən verirəm".