
Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur.
“Qaynarinfo” xəbər verir ki, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib.
Qalmaqal isə Xalq artisti Afaq Bəşirqızı ilə teatrın aktrisası, müğənni Almaz Ələsgərova arasında yaşanıb. Buna səbəb isə A.Ələsgərovanın saqqız çeynəməsi olub.
A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.
Qeyd edilir ki, bundan sonra Bəşirqızı ilə Ələsgərova arasında gərginlik yaşanıb. Qalmaqal yalnız nazir A.Kərimlinin teatra girişindən sonra səngiyib.
Sayt məsələ ilə bağlı Afaq Bəşirqızı ilə əlaqə saxlayıb. Xalq artisti açıqlamasında “Onu deyən qələt edir. Almaz hara, mən hara?!” - deməklə kifayətlənib.