Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəbnəmin pulları nümayiş etdirməsini efirdə müzakirə etdilər

Şəbnəmin pulları nümayiş etdirməsini efirdə müzakirə etdilər

"Gözümü açandan toyları xalq düşmənlərinin məclisi kimi pisləyiblər. Bu sənin, mənim balamın toyudur da... Bunun nəyi pisdir? Həmişə toy oxuyanları pisləyiblər. Toya ayıb bir şey kimi baxıblar, elə bil özləri etməyiblər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində deyib. Sənətçi bu yaxınlarda müğənni Şəbnəm Tovuzlunun toyda ona verilən şabaşı nümayiş etdirməsinə də münasibət bildirib:

"Bu məclislərin də müəyyən qonorarı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtı ilə mənə də qızıllar bağışlayıblar. Bu həmişə olub. O vaxt göstərməmişik. Göstərəndə də nə olar ki? Mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram ki, görünməsin. Daha sonra köməkçim gəlir və ona verirəm. Mən o pulu əlimdə sağa-sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Pulu verən də bizim xalqımızdır, qazanan da bizim vətənin balasıdır. Sadəcə toyda pul verəndə kamera qarşısında oynatmayın".