
klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Zəngəzur yallısı” adlı yeni layihə üzərində çalışır.
Axşam.az-ın məlumatına görə, sənətçi layihə üçün türkiyəli klarnet ifaçıları Serkan Çağrı, Hüsnü Şenlendirici və Bülent Altınbaşla bir araya gəlib. Hüseyn bununla bağlı studiyada lentə alınan şəkli paylaşıb. Fotoda diqqət çəkən məqam isə türkiyəli musiqiçilərin üzərində "Zəngəzur" yazılan köynək geyinməsi olub.
Musiqiçi bildirib ki, “Zəngəzur yallısı”nın hazırlığı ilə bağlı artıq ilkin mərhələ sona çatıb. Layihə yaxın günlərdə təqdim ediləcək.
Qeyd edək ki, Hüseyn layihədə "Natiq" ritm qrupu, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimovun da yer aldığını açıqlamışdı.