
"Azərbaycanda omba əməliyyatı qadağan edilməlidir. Ayıbdır. Millət müğənninin oxumağını dinləməlidir, bədəninə baxmamalıdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Fuad Musayev sosial şəbəkə paylaşımında yazıb. Sənətçi MTV kanalını tənqid edib. O, "Toylar kraliçası" proqramından görüntü yayımlayaraq, onu biabırçılıq adlandırıb:
"İrəliləyiş var. Bu nədir, nə biabırçılıqdır? "Arvadlar kraliçası"dır. Bəlkə yaxşı musiqiçilərdir. Amma MTV-nin adına ayıbdır. Dünyada MTV-də ən yaxşı musiqilər verirlər. Bizdə MTV budur. "Toylar kraliçası"na baxın. Mən bundan utanıram, bizdə belə şey var. İnkişaf edirik, hər şey əladır. İnkişaf deyəndə...".