Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Avroviziya” şərhçilərimiz onlar oldu

“Avroviziya” şərhçilərimiz onlar oldu

“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.

Bununla bağlı İctimai TV məlumat yayıb.

Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri müğənni Elnarə Xəlilova və televiziya-radio aparıcısı Ağa Nadirovdur.

13, 15 və 17 may tarixlərində İTV-də birbaşa yayımlanacaq 69-cu “Avroviziya” mahnı müsabiqəsi saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.