
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Doğuşun əkizləri Arın və Ardanın ad günüdür.
Doğuş bununla bağlı paylaşım edib. O, həyat yoldaşı və oğullarının yer aldığı şəkli yayımlayaraq, bunları yazıb:
"Mənim övladlarım, nə zaman 9 yaşına çatdınız... Sizinlə bərabər biz də böyüyürük. Yaşamadığımız uşaqlığımızı yaşayırıq. Mənim mələk qoxan oğullarım, biz hər zaman yanınızdayıq. Sizi çox sevirik, xoşbəxt, sakit, sağlam illər diləyirəm".